Bank Of Baku

Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2,427 mln. nəfəri ötüb

Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2,427 mln. nəfəri ötüb
# 08 aprel 2013 10:00 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Bu ilin I rübündə əlavə olaraq 161 015 sığortaolunana fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb. Fonddan «APA-Economics»ə verilən məlumata görə, 2013-cü il aprelin 1-nə Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların ümumi sayı 2 427 089 nəfərə çatıb. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 57,9% kişi, 42,1%-i isə qadındır.

 

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyasına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,6%-ni əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 22,9%, 40-50 yaşda olan sığortaolunanlar 22,8%, 50-60 yaşda olan sığortaolunanlar 20,8%, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,9% təşkil edir.

 

Qeyd edək ki, fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyaları və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Artıq 2006-cı il yanvarın 1-dən tətbiq olunan «Əmək pensiyaları haqqında» qanuna əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR