Bakı. Ramil Məmmədli - APA. “Geni modifikasiya olunmuş məhsulların yoxlanılması ilə məqsədilə yaradılan yeni laboratoriya fəaliyyətə başlayıb”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov verib.
O deyib ki, laboratoriyanın fəaliyyəti ilə bağlı zəruri işlər həyata keçirilib: “Bu laboratoriya üçün yeni binası inşa olunub, avadanlıqlar gətirilərək quraşdırılıb”.
R.Həsənov qeyd edib ki, laboratoriyada çalışan əməkdaşlar üçün xüsusi təlim kursları da keçirilib.