Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən hər il 6 minə yaxın uşaq istirahət guşələrinə dincəlməyə göndərilir. APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən dəyirmi masada AHİK sədri, deputat Səttar Mehbalıyev bildirib.
O qeyd edib ki, buna baxmayaraq qeyd olunana rəqəm Azərbaycan üçün aşağı göstəricidir: “Yaxşı olardı ki, sovet dövründə mövcud olan pioner yay istirahət düşərgələri yeni formada bərpa olunsun. Çünki, yay aylarında tətilə buraxılan uşaqların heç də hamısı öz istirahətlərini təmin etmək imkanı yoxdur. Ona görə də bu uşaqların taleyi sual altına düşür. Onlar ya küçə uşaqlarına çevrilir, ya da hansısa cinayət hadisəsinin iştirakçısı olurlar. Bütün bunların qarşısını almaq üçün həmin düşərgələr yeni formada fəaliyyətini bərpa etmək lazımdır”.