Bakı. Könül Kamilqızı – APA. “Bütün dünyada olduğu kimi, Azərbaycanda da hipertansiyon, yəni qan təzyiqinin yüksək olması tez-tez rast gəlinən xəstəlikdən biridir”. Respublika Müalicə-Diaqnostika Mərkəzinin həkimi, tanınmış professor Əhməd Məmiş APA-ya açıqlamasında deyib ki, qan təzyiqinin yüksək olması insanların 10%-də böyrək arteriyalarında daralmalara səbəb olur. Onun sözlərinə görə, bu daralmaların endovaskulyar yolla qapalı formada aparılan əməliyyatlar nəticəsində təzyiqə səbəb olan əsas patologiyanın aradan götürülməsi, xəstəliyin tamamilə müalicə olunmadan qurtulmasını gerçəkləşdirir. Ə. Məmiş əlavə edib ki, əvvəllər alt ətraflardakı damarlarda baş verən tutulmalar ayaqların amputasiyası ilə nəticələnirdi: “Bu, daha çox diabet, şəkər xəstəliklərində müşahidə olunurdu. Hazırda bizim etdiyimiz endovaskulyar əməliyyatlarda xəstənin barmaqları və ya ayağının amputasiyasını etmədən damarlara girilməsi bunun qarşısını alır”.
Ə. Məmiş qeyd edib ki, bu gün dünyada ən böyük ölümə səbəb olan iflicin yaranmasının səbəbi yuxu arteriyalarındakı daralmalardır. Onun sözlərinə görə, yuxu arteriyalarındakı daralmalar və beyin-qan axınının donması gələcəkdə iflicə səbəb ola bilər: “İflicə səbəb olan damar problemlərinin iflicdən əvvəl diaqnozunun dəqiq qoyulması, qapalı əməliyyatla onun açılması nəticəsində gələcəkdə iflicin qarşısını almaq mümkün olur. Həkim qeyd edib ki, bütün xəstəliklərin müalicəsində diaqnozun vaxtında, gecikmədən və düzgün qoyulması çox vacibdir”.