Bakı. Turan Şakir - APA. İyunun 1-də Azərbaycanda ilk dəfə “Fine Colors” adlı I beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından APA-ya verilən məlumata görə, festival ADRA-nın və Misir Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçiriləcək.
Festival çərçivəsində Azərbaycandan və müxtəlif ölkələrdən olan uşaqların rəsm sərgisi təşkil olunacaq və festival iyunun 7-dək davam edəcək.
Festivalda daun sindromlu uşaqların yardım fonduna köçürülməsi üçün xeyriyyə satışları da keçiriləcək.
Qeyd edək ki, festival 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunub.