Bank Of Baku

Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan xəstəliyin dinamikasında azalma müşahidə olunur

Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan xəstəliyin dinamikasında azalma müşahidə olunur
# 02 sentyabr 2013 11:34 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

 

O bildirib ki, hazırda 3 min başa yaxın heyvanın müalicəsi aparılır: “215 min başdan artıq heyvan isə müalicə olunub. Bu gün də Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində öz fəaliyyətini davam etdirir”.

 

Y. Xanvəli onu da əlavə edib i, Nazirlər Kabinetinin avqustun 29-da verdiyi sərəncama uyğun olaraq, Dövlət Baytarlıq Xidmətinə 2 milyon 350 min manat vəsait ayrılıb: “Bu vəsait ilkin yardım üçün xüsusi təyinatlı avtomaşınların, avadanlıqların, müalicə dərmanlarının, dezinfeksiya maddələrinin alınması üçün nəzərdə tutulub. Bütün bunların alınması istiqamətində işlər davam etdirilir. Yəqin ki, yaxın vaxtlarda nəzərdə tutulan vasitələr alınıb gətiriləcək”.

 

Qeyd edək ki, Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik bunyavirus ailəsinə məxsus olan şamonda, akabene və aina viruslarının qarışığından yaranan xəstəlikdir. Hazırda 37 rayonda bu xəstəlik müşahidə olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR