Bank Of Baku

Azərbaycanda keçiriləcək sonuncu sınaq imtahanına yazılış başlayıb

Azərbaycanda keçiriləcək sonuncu sınaq imtahanına yazılış başlayıb
# 07 may 2014 08:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gündən Azərbaycanda keçiriləcək sonuncu sınaq imtahanına yazılış başlayıb.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, iyun ayının 1-də keçiriləcək sonuncu sınaq imtahanına yazılış bu gün saat 10:00-dan etibarən aparılır. Abituriyentlər sınağa yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə edə bilər.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanlarının aprelin 6-dan iyunun 1-dək keçirilməsi nəzərdə tutulur. Bu müddət ərzində ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq. İyunun 1-də keçiriləcək imtahan isə sonuncu sınaq imtahanıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR