Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda dəmiryolçuların yaşayış-məişət tələbatının təmin edilməsi üçün burada mənzil növbəsində duranlara yeni tikililərdə 150 yeni mənzil veriləcək. «APA-Economics»in məlumatına görə, bu barədə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov bildirib.
Onun sözlərinə görə, indiyədək bu məqsədlə QSC və onun Həmkarlar İttifaqı tərəfindən ümumi sahəsi 1 400 kv. metr olan 60 mənzil alınaraq dəmiryolçulara verilib: «Bundan sonra daha 150 mənzilin alınaraq dəmiryolçulara verilməsi nəzərdə tutulur».
A.Əsgərov bildirib ki, hazırda dəmiryolçuların orta aylıq əmək haqqı 20% artaraq 232 manat (296 dollar) təşkil edib.