Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 9-dan başlayan ixtisas seçimi bu gün saat 11:00-da yekunlaşıb. İxtisas seçimi etmək hüququ olan abituriyentlər qeyd olunan vaxta qədər istədikləri ixtisasları öz elektron ərizələrinə daxil edib təsdiq ediblər. Orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmənin nəticələrinin yaxın 2 gün ərzində açıqlanması nəzərdə tutulur.
Qeyd edək ki, ixtisas seçimində 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında topladığı bal 100-dən az olmayan, 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqədə isə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə avqustun 25-də keçirilmiş qəbul imtahanlarında topladığı ümumi balı 10-dan az olmayan abituriyentlər iştirak ediblər.