Bakı. Gülnar Bəşirova - APA. Təhsil Nazirliyi orta məktəblərdə təhsil alan fiziki qüsurlu şagirdlərin sayını açıqlayıb.
Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, respublika üzrə ümumtəhsil məktəblərində Psixoloji - tibbi - pedaqoji komissiyanın qərarı ilə 217 nəfər sağlamlıq imkanları məhdud (həm əqli, həm fiziki cəhətdən) uşaq təhsilə cəlb olunub.