Bank Of Baku

Azərbaycanda palçıq vulkanları ilə 2000-ci il 25 noyabr zəlzələsinin əlaqəsi öyrənilir

Azərbaycanda palçıq vulkanları ilə 2000-ci il 25 noyabr zəlzələsinin əlaqəsi öyrənilir
# 10 dekabr 2012 14:18 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu və İtaliyanın Bikokka Milan Universiteti Azərbaycanda palçıq vulkanları ilə zəlzələlərin əlaqələrini öyrənir. İnstitutdan APA-ya verilən xəbərə görə, bu niyyətlə institutun Geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi Qulam Babayev oktyabrın 12-də İtaliyaya səfər edib və iki ay müddətində müştərək tədqiqatlar aparılıb. Dekabrın 12-də başa çatacaq işlər “Abşeron yarımadasında palçıq vulkanizmi və seysmikliyin əlaqəsinin qiymətləndirilməsi məqsədilə yeni üsulların işlənilməsi” mövzusu altında Kariplo Fondunun dəstəyi ilə həyata keçirilir. Məqsəd Abşerondakı palçıq vulkanlarının dinamik və statik gərginliyinə səbəb olan şəraitin 2000-ci il noyabrın 25-də Xəzər dənizində baş vermiş güclü zəlzələdən qabaq və sonrakı inkişafını müasir üsul və yanaşmalarla öyrənmək, sonra isə qiymətləndirməkdir.

 

Artıq Q. Babayev və adıçəkilən universitetin Yer və ətraf mühit elmləri şöbəsinin professoru Alessandro Tibaldi birlikdə müəyyən nəticələr əldə ediblər.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR