Bank Of Baku

Azərbaycanda peşə təhsili müəssisələrinin fəaliyyəti yoxlanılacaq

Azərbaycanda peşə təhsili müəssisələrinin fəaliyyəti yoxlanılacaq
# 08 aprel 2013 11:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən peşə təhsili müəssisələrində monitorinqlər aparılacaq. Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov APA-ya açıqlamasında deyib ki, bu ay ərzində başlanacaq monitorinqlər təhsilin keyfiyyətinin yüksəldilməsi və təhsil prosesinin idarə olunması ilə əlaqədar olaraq keçiriləcək. N.Məmmədov qeyd edib ki, bu yoxlamalar mütəmadi olaraq əvvəldən nəzərdə tutulan plana əsasən icra olunur. Onun sözlərinə görə, bu ay ərzində başlanacaq monitorinq zamanı 4-5 peşə təhsili müəssisəsinin fəaliyyəti yoxlanılacaq.

 

N. Məmmədov bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən peşə liseylərinin məzunları üçün keçirilən buraxılış imtahanının nəticəsinə də aydınlıq gətirib. O bildirib ki, kəmiyyət baxımından imtahan nəticələrində elə bir ciddi dəyişiklik yoxdur: “Müəssisələrin bəzilərində nəticələr biz keçirdiyimiz imtahanın nəticəsindən aşağı, bəzilərində eyni, bəzilərində isə yüksək olub. Amma keyfiyyət məsələsində müəyyən işlərin hələ də görülməsinə ehtiyac var. Düzdür, bu nəticələr bizi də narahat edir. Çünki bundan da yaxşı ola bilərdi və yüksək qiymət alanların sayı çox ola bilərdi. Bunun üçünsə xeyli işlər görülməlidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR