Bank Of Baku

Azərbaycanda qarşıdakı 8 ildə pensiya yaşı dəyişməyəcək

Azərbaycanda qarşıdakı 8 ildə pensiya yaşı dəyişməyəcək
# 03 dekabr 2012 10:14 (UTC +04:00)

 

 «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bu gün Bakıda keçirilən «Azərbaycan-2020: Gələcəyə baxış» konfransında çıxışında bildirib: «Dövlət Sosial Müdafiə Fondunun hesablamalarına görə, 2020-ci ilədək hazırda müəyyən edilmiş pensiya yaşının saxlanılması məqsədəuyğundur. Yəni, pensiya yaşı kişilər üçün 63 yaş, qadınlar üçün isə 60 yaş səviyyəsində saxlanılmalıdır».

 

S.Müslümov bildirib ki, hesablamalara əsasən, 2020-ci ildə ölkə vətəndaşlarının pensiya sistemində olma müddəti (yəni, pensiyaya çıxandan sonra ömür müddəti) 16,4 il təşkil edəcək ki, kişilər üçün bu müddət 10 il, qadınlar üçün isə 21 il təşkil edəcək. DSMF-nin digər hesablamalarına görə, 2020-ci ildə ölkədə kişilərin orta ömür uzunluğu 73 il,  qadınların isə 81 il təşkil edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR