Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti (ATƏA) çərçivəsində təqdim etdiyi tvinninq layihəsinin icrası prosesini davam etdirir.
«APA-Economics»in məlumatına görə, bunu YAP-ın rəsmi veb-saytına müsahibə verən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, bu layihənin reallaşdırılması ilə fərdi yığım hesabları vəsaitlərinin formalaşdırılması və idarə olunması, bu vəsaitlərin investisiyası üzərində inzibati və texniki nəzarət, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, qeyri-dövlət pensiyalarının təyini, maliyyələşdirilməsi və ödənilməsi mexanizmlərinə dair normativ-hüquqi baza hazırlanacaq.