Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən xəbərə görə, monitorinqlər zamanı 4120 baş ev və çöl quşlarının qan nümunələri, 70 baş ev və çöl quşlarının patmaterialı quş qripinə görə müayinə edilib. Qan nümunələri və patoloji materialların laborator müayinələrinin nəticələrinə görə quş qripi aşkar edilməyib.
Quş qripinə görə seromonitorinqlər əsasən Pirallahı adasındakı Abşeron Milli parkında, Şabran rayonunun Sarvan ov təsərrüfatında, Şirvan Milli Parkında, Ağ göl ərazisində və Qızılağac dövlət təbiət qoruğunda, habelə respublikanın rayonlarının əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılıb. Hazırda respublikada quş qripinə görə epizootik durum sabitdir və bu işlər daimi olaraq Dövlət Baytarlıq Xidmətinin nəzarəti altında saxlanılır.