Bank Of Baku

Azərbaycanda rəsmi işsizlərin sayı azalıb

Azərbaycanda rəsmi işsizlərin sayı azalıb
# 24 may 2013 10:10 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il mayın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 706,8 min nəfər olub və onlardan 4 464,7 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2013-cü il mayın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,5 min nəfər olub, onların 41,8%-ni qadınlar təşkil edib. Ölkədə rəsmi işsizlərin sayı son bir ildə 1 000 nəfər və ya 2,6% azalıb.

 

İşsizliyə görə müavinətin orta məbləği 248,5 manat olub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR