Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda məktəbdənkənar təhsil müəssisələrində 13 minə yaxın dərnək (qrup) fəaliyyət göstərir. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, şagirdlərin rəqs, rəsm, bədii qiraət, dizayn, modelçilik, diyarşünaslıq, idman, şahmat sahələrinə daha çox maraqları var. Uşaqların ictimai fəallıqlarının artırılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün müsabiqələr, kütləvi tədbirlər və idman yarışları keçirilir. Təhsil Nazirliyi bu istiqamətdə “Els” Müstəqil Araşdırmalar Mərkəzi ilə birgə educult.az uşaq internet portalı yaradıb.
Orta məktəb şagirdlərinin asudə vaxtının səmərəli keçirməsinin təşkili məsələsinə gəlincə, bildirilib ki, şagirdlər maraq və istəklərinə uyğun olaraq dərnəklərə cəlb edilir.