Bank Of Baku

Azərbaycanda sahibkar Milli Qəhrəmanlara və onların ailə üzvlərinə xüsusi güzəştlər tətbiq olunacaq

Azərbaycanda sahibkar Milli Qəhrəmanlara və onların ailə üzvlərinə xüsusi güzəştlər tətbiq olunacaq
# 13 noyabr 2013 12:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda sahibkarlıqla məşğul olan milli qəhrəmanlara və onların ailə üzvlərinə iqtisadi güzəştlər tətbiq olunması təklif olunur.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunlara və müvafiq olaraq bir sıra qanunvericiliyə dəyişikliklər təklif olunur.

 

Dəyişiklərdə sahibkar Milli Qəhrəmanlara və onların ailə üzvlərinə bir sıra vergi, kredit və sair güzəştlər nəzərdə tutulur.

 

Hazırda Azərbaycanın 211 Milli Qəhrəmanından yalnız 17 nəfəri sağdır. Layihənin gələn il Milli Məclisin yaz sessiaysının gündəliyinə salınması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR