Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda yeni sığorta-pensiya sisteminin fəaliyyətə başladığı 2006-cı il yanvarın 1-dən sonrakı statistik göstəricilərə əsasən, əmək pensiyalarının orta aylıq məbləği 5,1 dəfə artaraq 29,8 manatdan 152 manata, minimum məbləği 3,4 dəfə artaraq 25 manatdan 85 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 24,1%-dən 42,3%-zə çatdırılıb. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu gün Bakıda «Heydər Əliyev 90: İqtisadi modernləşmə» mövzusunda keçirilən konfransdakı çıxışında bəyan edib.
Qeyd edək ki, məhz 2006-cı ildən Azərbaycanda hər bir sığortaolunan üçün ödənilən sosial sığorta haqları ilə onun pensiya təminatı arasında birbaşa əlaqəni təmin edəcək beynəlxalq standartlara cavab verən yeni pensiya sisteminin tətbiqinə başlanılıb.
S.Müslümovun sözlərinə görə, sosial sığorta haqqının dərəcəsinin 29%-dən 25%-ə endirildiyi şəraitdə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 4,4 dəfə artıb, sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı 1 300 min nəfərdən 2 390 min nəfərə yüksəlib.