Bank Of Baku

Azərbaycanda terminlərin istifadəsində yol verilən qüsurlara nəzarət məqsədilə xüsusi monitorinq qrupları yaradılacaq

Azərbaycanda terminlərin istifadəsində yol verilən qüsurlara nəzarət məqsədilə xüsusi monitorinq qrupları yaradılacaq
# 29 noyabr 2012 15:07 (UTC +04:00)

 Bu barədə APA-ya Komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib.

 

Onun sözlərinə görə, ölkədə terminoloji mühitin nəzarətdə saxlanılması məqsədi ilə müntəzəm monitorinqlər aparmaq Terminologiya Komissiyasının yeni təsdiq olunan Əsasnaməsində əksini tapıb. Komissiya həmçinin Azərbaycan elmi dilinin dərsliklərdə və mətbuatda düzgün əks etdirilməsi məqsədilə orfoqrafiya qaydalarının təkmilləşdirilməsi üçün təkliflər də hazırlayacaq: “Mətbuatda vaxtaşırı monitorinqlər keçiriləcək. Komissiya tərəfindən alınma terminlər müəyyənləşəcək və xüsusi bülletenlərdə nəşr olunacaq. Əgər Azərbaycan dilində bu terminlərin qarşılığı varsa, nəyə görə alınma terminlərdən istifadə edilməlidir? Mətbuatda bu prosesə xüsusi nəzarət olunacaq ki, alınma sözlərə geniş yer verilməsin. Reklamların əksəriyyətində alınma terminlər olduğu kimi verilir. Bu prosesin tənzimlənməsi də Terminologiya Komissiyası tərəfindən həyata keçiriləcək”.

 

S. Sadıqova deyib ki, hazırda dilə çoxlu miqdarda alınma sözlər daxil olur. Bu sözlər çoxluq təşkil edəndə dilin lüğət tərkibindəki sözlərin sayı azalır: “Bu prosesi tənzimləmək, Azərbaycan dilinin daxili imkanları hesabına yeni terminlər düzəltmək vacibdir. Azərbaycan dilində terminoloji prosesi tənzimləmək üçün portallar yaradılacaq və yeni terminlərin müzakirələr əsasında qarşılıqları müəyyənləşəcək. Dilin gələcək inkişafının təmin  edilməsi istiqamətində Terminologiya Komissiyasına çox böyük hüquqlar verilib. Terminologiya Komissiyasında elmin, texnikanın hər bir sahəsi üzrə bölmələr yaradılacaq. Bütün bunlar ölkə daxilində elmi dilin inkişafına böyük töhfə verəcək. Terminlərin istifadəsində yol verilən qüsurlara nəzarət mexanizmləri və normativ sənədlər hazırlanacaq”.

 

S. Sadıqovanın sözlərinə görə, Nazirlər kabineti Terminologiya Komissiyasının tərkibini də təsdiq edib. Komissiyanın tərkibinə 16 nəfər daxil edilib.

 

AMEA prezidenti Mahmud Kərimov Komissiyanın sədri təyin olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR