Bakı. Şəhriyar Əlizadə - APA. “Azərbaycanda vərəmli məhkumların daşınması üçün yeni alınmış xüsusi avtomobillərdən istifadə olunur”. Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar xidmətin 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisənin baş həkimi Nəhmət Rəhmanov deyib.
N. Rəhmanov vərəmli məhkumların daşınmasının xüsusi günlərdə həyata keçirildiyini də bildirib: “Vərəmli məhkumlar hər həftənin şənbə günü daşınırlar. Daşınmadan sonra avtomobillər dezinfeksiya olunur. Avtomobillər ventilyasiya sistemi ilə təchiz olunublar. Əsgərlərlə məhkumlar arasında izolyasiya sistemi mövcuddur”.