“Elə ölkə var ki, insanlar vəsiyyət etməyibsə, ölən zaman orqanları götürülə bilməz. Yaxud, Rusiya kimi ölkələr də var ki, qohumlarının icazəsi olmadan beyin ölümü gerçəkləşən insanlardan orqan götürülməsinə yol verilmir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin “İnsan orqan və (və ya) toxumalarının transplantasyiası haqqında” qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmədə komitə sədri Əhliman Əmiraslanov bildirib.
Ə. Əmiraslanov milli mentalitet nəzərə alınaraq, qohumlarının icazəsi olmadan beyin ölümü gerçəkləşən insanlardan, meyitdən orqan götürülməsinə qarşı olduğunu söyləyib: “Bəzən belə fikirlər səslənir ki, meyitxanada meyitlərdən orqan götürülsün. Morqlarda orqan götürülməsi üçün şərait var? Buna görə də bu məsələdə maarifçilik önəmlidir. Yaxud elə insanlar var ki, şəffaflıq olmsa, orqanlarını bağışlamayacaını bildirir. Qanunda bütün detallar yazıla bilməz, məsələnin əsas məğzi qanunda əksini tapmalıdır. Qanundan sonra Səhiyyə Nazirliyi müvafiq təlimatlar, əsasnamələr hazırlamaladır və detallar orada əksini tapmalıdır”.
Ə. Əmiraslanov Azərbaycanda kök hüceyrə mərkəzinin yaxın vaxtlarda yaradılacağını bildirib: “Genetik Ehtiyatlar İnstitutunda kök hüceyrə mərkəzinin yaradılması istiqamətində iş yekunlaşır. Biz kök hüceyrə mərkəzinin yaradılmasında gecikmişik. Təkcə Türkiyədə 100-dən çox kök hüceyrə mərkəzi var”.
Azərbaycanda yaxın vaxtlarda kök hüceyrə mərkəzi fəaliyyətə başlayacaq
09 fevral 2018 10:33 (UTC +04:00)
Sosial
Güzdək Bozdağı palçıq vulkanında püskürmə olub
20:29
13 may 2024
Meşə yanğınlarına qarşı tədbirlərlə bağlı regional müşavirə keçirilib
18:53
13 may 2024
Dövlət Yanğından Mühafizə Xidməti azyaşlılar üçün “açıq qapı” günü keçirib
16:49
13 may 2024
Sənayedə radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirilib
15:49
13 may 2024