Bank Of Baku

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında qar yağacaq

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında qar yağacaq
# 27 yanvar 2014 10:10 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında yanvarın 28-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Külək əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 8 bəzi yerlərdə 10-12 dərəcə şaxta, günorta saatlarında isə 0-4 dərəcə şaxta olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, yanvar ayının son günlərində gözlənilən yağıntılı, küləkli hava şəraiti, havanın temperaturunun gün-gündən aşağı enməsi  meteohəssas insanlar üçün əlverişsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR