Bank Of Baku

Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq
# 25 may 2013 09:55 (UTC +04:00)

Gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 14-18, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında mayın 26-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR