Bank Of Baku

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binaları istifadəyə verilib

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binaları istifadəyə verilib
# 24 dekabr 2012 12:21 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıtdakı binanın açılış mərasimdə iştirak ediblər.

 

Dövlət başçısı və xanımı mənzillərdə yaradılmış şəraitlə tanış olublar.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov prezidentə məlumat verib ki, əlillər və şəhid ailələri üçün inşa olunmuş 12 mərtəbəli 96 mənzilli yeni yaşayış binasında sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb, mənzillər mebellə təmin edilib.

 

Dövlət başçısı yeni binanın sakinləri ilə görüşüb.

 

Azərbaycan prezidenti mərasimdə çıxış edib.

 

Sonra dövlət başçısı yeni mənzillərin orderlərini və Naxçıvan avtomobil zavodunun istehsalı olan “Naz Lifan” markalı avtomobillərin açarlarını sahiblərinə təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR