Bank Of Baku

Azərbaycanın bölgələrində 500-dən çox ürək əməliyyatı keçirilib

Azərbaycanın bölgələrində 500-dən çox ürək əməliyyatı keçirilib
# 16 fevral 2013 12:08 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın regionlarında artıq 500-dən çox ürək əməliyyatları keçirilib. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin sədri, ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

 

O bildirib ki, 2006-cı ildən başlayaraq regionlarda da ürək əməliyyatları həyata keçirilir. Əməliyyat olunan insanların 20%-ə qədəri anadangəlmə ürək qüsurlu insanlar olub.

 

R.Mahmudov qeyd edib ki, bu gün Azərbaycanda ürəyin 6-7 qüsuru olan insanlar belə uğurla əməliyyat olunur. Onun sözlərinə görə, ürək əməliyyatlarına xarici mütəxəssislər də cəlb olunur və onlar yerli kadrların ixtisaslaşmasının artırılmasına öz töhfələrini verirlər: «Ümumiyyətlə, Azərbaycanda maddi cəhətdən imkansız ailələrin ürək-qüsurlu uşaqlarının əməliyyat olunmasına Heydər Əliyev Fondu tərəfindən vəsait ayrılır və bundan sonra da iş davam etdiriləcək». 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR