Bank Of Baku

Azərbaycanın daha 11 təhsil müəssisəsi “Elektron məktəb” layihəsinə qoşulur

Azərbaycanın daha 11 təhsil müəssisəsi “Elektron məktəb” layihəsinə qoşulur
# 24 dekabr 2012 08:46 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri “Elektron məktəb” layihəsinə yeni məktəblərin cəlb olunması barədə əmr imzalayıb.

 

APA-nın xəbərinə görə, əmrə əsasən, elektron məktəb layihəsini tətbiq etmək üçün seçilmiş əlavə 11 təhsil müəssisəsinin siyahısı təsdiq edilib.

 

“Elektron məktəb” layihəsi yeni cəlb olunmuş təhsil müəssisələrində vahid informasiya mühitinin yaradılmasını nəzərdə tutan elektron məktəb modelinin strukturunu, iştirakçılarını, proqram-texniki təminatını və qarşılıqlı fəaliyyət mexanizmini müəyyən edəcək. Bundan əlavə, elektron məktəb sisteminə qoşulan yeni təhsil müəssisələrinin vahid informasiya mühitinin yaradılması və fəaliyyət göstərməsi üçün zəruri olan avadanlıqlarla, proqram təminatı ilə təchiz olunması təmin olunacaq.

 

Təhsil müəssisələrinin “Elektron məktəb” layihəsinə cəlb olunması prosesinin 2012-2013-cü tədris ilində başa çatmasını təmin edilməlidir.  Bakı şəhər Təhsil İdarəsinə, İsmayıllı, Ağstafa, Tovuz və Şamaxı şəhər Təhsil şöbələrinə tapşırılıb ki, Təhsil Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə müqavilə əsasında “Elektron məktəb” layihəsinə qoşulan pilot təhsil müəssisələrinin vahid informasiya mühitinin yaradılmasını və fəaliyyəti sahəsində çalışan təşkilatlara lazımi köməklik göstərilməsini və şərait yaradılmasını, bu təhsil müəssisələrində çalışan kadrların layihədə fəal iştirakını və onların üzərinə düşən bütün vəzifələrin yerinə yetirilməsini təmin etsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR