Bank Of Baku

Azərbaycanın ən gənc Milli qəhrəmanı Cavanşir Rəhimova həsr olunan filmin təqdimatı olub - FOTO

Azərbaycanın ən gənc Milli qəhrəmanı Cavanşir Rəhimova həsr olunan filmin təqdimatı olub - <span style="color: red;">FOTO
# 03 yanvar 2014 09:27 (UTC +04:00)

Bakı-APA. Millət vəkili  Qənirə Paşayevanın  rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ermənistanla ön cəbhədə yerləşən N saylı hərbi hissədə Azərbaycanın ən gənc Milli qəhrəmanı Cavanşir Rəhimovun həyatı, döyüş və qəhrəmanlıq yolundan bəhs edən “Cavanşir” filminin təqdimatı olub.

 

APA-nın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yaddaş” sənədli filmlər studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən hazırlanan sənədli filmin  rejissoru Kamalə Musazadədir.  Təqdimat mərasimində şəhidlərin xatirəsi  bir dəqiqəlik sayğı duruşu ilə yad edildikdən sonra hərbi hissənin rəhbəri, polkovnik Mais Barxudarov qəhrəmanlar haqqında filmlərin  hərbi hissələrdə təqdimatını yüksək qiymətləndirib. Azərbaycanın Milli qəhrəmanı  Cavanşir  Rəhimovun həyat və qəhrəmanlıq yolundan danışan millət vəkili Qənirə Paşayeva qəhrəmanlarımız haqqında filmlərin vaxtaşırı hərbi hissələrdə  yeni gələn əsgərlərə göstərilməsinin vacibliyinə  toxunub: “Cavanşir Rəhimov şəhidlik zirvəsinə yüksələndə və Milli qəhrəman adına layiq görüləndə 19 yaşında, yəni sizin çoxlarınız yaşında idi. Bu igidlik bizim gənclər üçün, hamımız üçün  örnək olmalıdır”.

 

Sonra filmin rejissoru Kəmalə Musazadə çıxış edərək  film  barədə  və  onun  gənclər  üçün  önəmi barədə danışıb və gəncləri bu cür qəhrəmanlardan örnək götürməyə çağırıb.  Sənədli  film  əsgərlər  tərəfindən  böyük maraqla qarşılanıb. Filmlə  bərabər  Milli  Qəhrəmanımız Cavanşir Rəhimovla bağlı məlumatların əks olunduğu materiallar da əsgərlərə paylanılıb və filmin nüsxələri tez-tez hərbi hissəyə  yeni gələn əsgərlərə nümayiş olunmaq üçün hərbi hissəyə hədiyyə edilib.

 

Qeyd edək ki, Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimov 5 iyun 1973-cü ildə Qax rayonunda anadan olub. 1992-ci il mayın 26-da  C. Rəhimov könüllü olaraq hərbi xidmətə gedib. Yüksək fiziki hazırlığına görə onu Zabrat Aviasiya müəssisəsinin ilk hərbi vertolyot eskadrilyasına qəbul ediblər. İyunun 12-də Cavanşir Rəhimov Qaladakı N saylı hərbi hissədən vertolyotdan atıcı  kimi  Qarabağ bölgəsinə yollanıb. Avqustun 6 da Ağdərədə  gedən ağır səma döyüşlərindən birində Cavanşir Rəhimov qəhrəmanlıqla şəhid olub. O, Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Şəhid Cavanşir Rəhimova 1992-ci ildə  Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR