Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf naziri Xızıda vətəndaşları qəbul edəcək

Azərbaycanın iqtisadi inkişaf naziri Xızıda vətəndaşları qəbul edəcək
# 29 avqust 2013 16:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Xızı rayonunda vətəndaşları qəbul edəcək.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 7-də iqtisadi inkişaf naziri Ş.Mustafayev Xızı şəhərində Sumqayıt, Abşeron, Xızı, Şuşa, Qubadlı və Zəngilandan olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Xızı şəhəri, H.Əliyev prospekti,42) təşkil olunacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Abşeron regional bölməsi (Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqələndirici şəxs Ramal Əhmədov, əlaqə telefonu: (018) 65-4-42-23, (050/055)-235-01-81, elektron poçt ünvanı [email protected] vasitəsilə müraciət edə bilərlər.

Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və «Facebook» səhifələrində xüsusi olaraq yaradılmış «İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət» bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR