Bank Of Baku

Azərbaycanın seysmoaktiv bölgələrində həftədə 20-30 yeraltı təkan baş verir

Azərbaycanın seysmoaktiv bölgələrində həftədə 20-30 yeraltı təkan baş verir
# 02 avqust 2013 13:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan seysmoaktiv zonada yerləşir və ölkənin Xəzər, Talış, şimal-qərb bölgəsi, Gəncə, Şamaxı-İsmayıllı bölgəsində gündəlik təkanlar qeydə alınır.

 

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, seysmoaktiv bölgələrdə həftədə 20-30 zəif, hiss olunmayan yeraltı təkanlar baş verir.

 

Onun sözlərinə görə, baş verən seysmik proseslərin daha dəqiq izləməsi, stansiyalar arasında olan məsafədə zəif təkanların qeydə alınması seysmik şəbəkənin genişləndirilməsi hesabına nail olunub. Q.Yetirmişli qeyd edib ki, seysmik şəbəkənin sıx olması müxtəlif tədqiqatlar aparmaqla baş verən hadisələrin hamısını kompleks şəkildə analiz etməyə imkan yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR