Bank Of Baku

Azərbaycanın təhsil naziri Türkiyə Ali Təhsil Şurasının sədri ilə görüşüb

Azərbaycanın təhsil naziri Türkiyə Ali Təhsil Şurasının sədri ilə görüşüb
# 21 may 2013 10:11 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çətinsaya ilə görüşüb. APA-nın məlumatına görə, görüşdən sonra brifinq keçirən M. Cabbarov deyib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb: “Türkiyə ilə isti qardaşlıq münasibətlərinin davamı olaraq təhsil sahəsində də bu prosesin inkişafı haqqında müzakirələr aparmışıq. Azərbaycanlı tələbələr Türkiyədə, türkiyəli tələbələr isə Azərbaycandakı ali məktəblərdə təhsil alırlar. Bu baxımdan, görüşümüzün müzakirə mövzusu geniş əhatəli olub və prosesin bütün istiqamətləri müzakirə edilib”.

 

G. Çətinsaya isə açıqlamasında tələbə mübadiləsi və tədris prosesinin davam etdirilməsində qarşıya çıxan bütün problemlərin aradan qaldırıldığını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR