Bank Of Baku

Azərbaycanlı alim “Avropanın Fəxri alimi” adına və Leybnits medalına layiq görülüb

Azərbaycanlı alim “Avropanın Fəxri alimi” adına və Leybnits medalına layiq görülüb
# 12 dekabr 2012 14:31 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunun “Yanacaqların yenilənmiş növləri” laboratoriyasının müdiri Təranə Məmmədova elmdə xüsusi xidmətlərinə görə Leybnits medalı ilə təltif olunub və “Avropanın Fəxri alimi” adına layiq görülüb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, fəxri mükafat və diplom alimə “EURO-ECO-2012” VII beynəlxalq simpoziumu (Almaniya, Hannover şəhəri) çərçivəsində keçirilən Avropa Elm Cəmiyyəti Rəyasət Heyətinin II iclasında təqdim edilib. “Avropanın Fəxri alimi” adı və Qotfrid Vilgelm Leybnits adına medal elmin inkişafı, elmi araşdırmaların təşkili və yeni ekoloji düşüncənin formalaşmasına böyük töhfə verən görkəmli alim və mütəxəssislərə verilən şəxsi mükafatdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR