Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb təhsili Akademiyası arasında imzalanmış sazişin növbəti mərhələsinə sentyabr ayında start veriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, akademiyanın professura və dosent heyəti tərəfindən azərbaycanlı müdavimlər üçün neonatologiya, endokrinologiya və pulmonologiya ixtisasları üzrə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirməsi İnstitutunda elmi-praktiki kurslar keçiriləcək. Kurslarda Səhiyyə Nazirliyinin tabeçiliyində olan respublika üzrə dövlət xəstəxanalarında yuxarıda qeyd olunan ixtisaslar üzrə işləyən 45 yaşınadək və rus dilini bilən mütəxəssislər iştirak edə bilərlər.
Sənədlər 18 sentyabrdan 1 oktyabr tarixinədək saat 10:00-dan-16:00-dək Səhiyyə Nazirliyində (245\246 nömrəli otaq) qəbul edilir.