Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, prioritet ixtisas istiqamətlərinə baytarlıq, biologiya, fizika, iqtisadiyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, klassik Avropa musiqisi, qədim dillər, mühəndislik, nanotexnologiyalar, neft sənayesi, riyaziyyat, təhsilin təşkili və idarə olunması, tibb və turizm daxildir.
Belarus, Estoniya, Latviya və Litva respublikalarında fəaliyyət göstərən ali təhsil müəssisələrinə yalnız 2013/2014-cü tədris ilindən etibarən müvafiq qaydada daxil olmuş tələbələrin təhsilinin maliyyələşdirilməsi təmin edilə bilər.