Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Şəkər Məmmədova Bakı Hərbi Məhkəməsinə ezam olunub.
APA-nın xəbərinə görə, bu barədə Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov sərəncam imzalayıb.
Ş. Məmmədova eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsində də cinayət işlərini araşdırır.
Buna Bakı Hərbi Məhkəməsində hakim çatışmazlığının səbəb olduğu bildirilir.