Bank Of Baku

Bakı Sağlamlıq Mərkəzi yaxın günlərdə istifadəyə veriləcək

Bakı Sağlamlıq Mərkəzi yaxın günlərdə istifadəyə veriləcək
# 29 dekabr 2013 09:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda ən müasir səviyyədə inşa və təchiz edilmiş Bakı Sağlamlıq Mərkəzi yaxın günlərdə istifadəyə veriləcək.

 

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov 2013-cü ilin yekun hesabatlarına həsr olunmuş kollegiya iclasında məlumat verib.

 

O bildirib ki, son 10 il ərzində ümumilikdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılıb. Onlardan təxminən 70%-i regionların payına düşür. Təkcə 2013-cü il ərzində 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Bunlardan 43-ü Bakı şəhərində, 38-i isə regionlarda yerləşən səhiyyə müəssisələridir. 56 tibb müəssisəsində (33-ü Bakı, 23-ü rayon) təmir işləri başa çatdırılıb və istifadəyə verilib. İri səhiyyə ocaqlarının açılışında ənənəvi olaraq prezident İlham Əliyev şəxsən iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR