Bakı. Ramiz Mikayıloğlu-APA. Bakı şəhərində seysmik risk qiymətləndiriləcək.
APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) 2015-ci il üzrə Elmi-Elmi Təşkilati Fəaliyyəti üzrə Hesabatında perspektivdə aparılması nəzərdə tutulan elmi-tədqiqat işləri içərisində yer alıb.
Bakı şəhərində seysmik riskin qiymətləndirilməsi ilə bərabər seysmik riskin azaldılması yollarının müəyyənləşdirilməsi istiqamətində də elmi-tədqiqat aparılacaq. RSXM Bakı şəhəri ərazisinin seysmik mikrorayonlaşdırılmasının həyata keçirməyi də nəzərdə tutub.