Bank Of Baku

Bakıda “İnkişaf etməkdə olan ölkələrdə əqli mülkiyyət hüquqlarının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA

Bakıda “İnkişaf etməkdə olan ölkələrdə əqli mülkiyyət hüquqlarının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 29 may 2013 09:55 (UTC +04:00)

APA-nın məlumatına görə, Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov Azərbaycanda milli patent sisteminin 20 ildir fəaliyyət göstərdiyini, bu prosesin ümummilli lider Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu deyib: “Bu sistemin ölkəmizdə keyfiyyət infrastrukturunun əsas tərkib hissələrindən birinə çevrilib, bu illər ərzində patent sahəsi üzrə normativ-hüquqi bazanın formalaşıb, əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində beynəlxalq sistemə uğurlu inteqrasiyanın həyata keçirilib. Komitə patent sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq əlaqələri nəticəsində “Əməkdaşlıq Proqramı” təsdiq edilib, 10 ölkə ilə ikitərəfli saziş imzalanıb, “Əqli mülkiyyət hüquqlarının idarəetmə sisteminin formalaşdırılmasına dair” layihə icra olunub. Bu layihə Azərbaycanda yeni qurulan “elektron hökumət” layihəsinə də bir töhfə kimi qiymətləndirilməkdədir”.

 

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Azərbaycanda patent sisteminin sürətli inkişafından, bu istiqamətdə dövlət tərəfindən görülmüş işlərdən danışıb.

 

Konfransda Gürcüstan, Ukrayna, Serbiyadan, o cümlədən Avrasiya Patent Təşkilatından olan nümayəndələr də çıxış ediblər.

 

Qeyd edək ki, mayın 30-da da yekunlaşacaq konfrans Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR