Bank Of Baku

Bakıda “Riyaziyyat və mexanikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Riyaziyyat və mexanikanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 25 yanvar 2014 16:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun 55 illik yubileyi qeyd olunacaq.

 

AMEA - nın mətbuat xidmətindən APA - ya verilən xəbərə görə, 6-7 may tarixlərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun 55 illiyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın aktual problemləri” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

 

Tədbirin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi və İşçi qrupu yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR