Bakı. Anaxanım Hidayətova - APA. İyunun 7-8-də Bakıda ATƏT ölkələrinin Gənc Liderlər Forumu keçiriləcək. APA-nın xəbərinə görə, forumda əsas məqsəd gənc assosiasiyalar və institutları ATƏT-in fəaliyyətinə cəlb etməkdir. İştirakçılar təşkilatın fəaliyyəti və prinsipləri haqda fikir mübadiləsi aparacaq, terrorçuluğa qarşı beynəlxalq əməkdaşlığı, münaqişələrin qarşısının alınmasında gənclərin rolunu, ətraf mühit problemlərini, eləcə də dini və mədəni tolerantlıq məsələlərini müzakirə edəcəklər.