Bank Of Baku

Bakıda Avropa Məkanında Yeni Çağırışlar: Gənc Alimlərin Beynəlxalq Bakı Forumu"  keçiriləcək

Bakıda Avropa Məkanında Yeni Çağırışlar: Gənc Alimlərin Beynəlxalq Bakı Forumu"  keçiriləcək
# 18 may 2013 14:18 (UTC +04:00)

Bakı-APA. 20-25 may 2013-cü il tarixlərdə Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti və EURODOC (Gənc Tədqiqatçılar və Doktorantların Avropa Şurası) təşkilatı tərəfindən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Avropa Məkanında Yeni Çağırışlar: Gənc Alimlərin Beynəlxalq Bakı Forumu"  keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gənc Alimlərin Beynəlxalq Bakı Forumunun keçirilməsində məqsəd elmi bilik mübadiləsi, eləcə də müxtəlif ölkələri və sahələri təmsil edən gənc alimlər arasında əməkdaşlığın inkişaf edilməsidir. Forum çərçivəsində 5 istiqamət üzrə paralel sessiyaların keçirilməsi nəzərdə tutulub.

 

Forumda Avropanın 32 ölkəsindən olan 160, Azərbaycandan isə 190 gənc alimin iştirakı nəzərdə tutulub. Forum proqramı çərçivəsində iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

 

Avropa məkanında iştirakçıların seçimini 2001-ci ildən Avropada gənc alimlər şəbəkəsini gücləndirmək və yeni elmi təşəbbüsləri irəli sürmək məqsədi ilə fəaliyyət göstərən “Eurodoc” təşkilatı aparıb.

 

Gənc Alimlərin Beynəlxalq Bakı Forumu müxtəlif ixtisaslar üzrə tədqiqatlar aparan gənc alim, aspirant və doktorantları bir araya gətirərək onlara təcrübə və bilik mübadiləsini aparmaq, aparıcı Avropa universitetləri professorlarının çıxışlarını dinləmək və   Azərbaycan elminin inkişafı ilə tanış olmaq imkanını yaradır. Bu məqsədlə Forum iştirakçılarının Şamaxı Rəsədxanası və Milli Elmlər Akademiyasının bir neçə institutu ilə tanışlığı da nəzərdə tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR