Bank Of Baku

Bakıda əlillərin VIII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi keçirilir - FOTOSESSİYA

Bakıda əlillərin VIII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 29 noyabr 2012 13:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıda Əlillərin VIII Ümumrespublika Yaradıcılıq sərgi-müsabiqəsi işə başlayıb. APA-nın xəbərinə görə, üç gün davam edəcək tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov və nazirliyin məsul şəxsləri, millət vəkili Qənirə Paşayeva, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov və digərləri iştirak edib.

 

Sərgiyə baxış zamanı əl işləri təqdim olunan əlillərlə söhbətlər aparılıb, onların belə tədbirlərlə bağlı fikir və düşüncələri, yaradıcılıq qayğıları öyrənilib. Təhsil, mədəniyyət və turizm nazirlikləri, Respublika Rəssamlar İttifaqı ilə sıx əməkdaşlıq şəraitində təşkil edilən sərgi-müsabiqədə respublikanın bütün bölgələri təmsil olunmaqla 125 nəfər əlilliyi olan şəxsin və 20 nəfər sağlamlıq imkanları məhdud uşağın ümumilikdə 500-ə yaxın əl işi (rəsm, toxuma, hörmə, bədii tikmə, ağac üzərində iş, dulusçuluq və s.) təqdim olunacaq. Onlardan 73 nəfərini qadınlar təşkil edir.

 

Sərgi müsabiqənin qalibləri, habelə sərgidə əl işi ilə fərqlənən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün mükafatlar verilməsi, mükafat almayan hər bir iştirakçıya maddi yardım olunması nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR