Bank Of Baku

Bakıda QDİƏT ölkələri QHT-nin ilk Forumu keçiriləcək

Bakıda QDİƏT ölkələri QHT-nin ilk Forumu keçiriləcək
# 26 noyabr 2012 10:09 (UTC +04:00)

 

Bakı. Məlahət Nəcəfova - APA. Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri (QDİƏT) Qeyri-Hökumət Təşkilatlarının I Forumu keçiriləcək.

 

Bu barədə APA-ya Azərbaycan prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının Katibliyindən məlumat verilib.

 

Şuranın təşkilatçılığı ilə təşkil olunan təsis yığıncağında Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstanın nüfuzlu QHT-lərinin rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, yerli hökumət və QHT nümayəndələri iştirak edəcəklər. Forumda qurumun Nizamnaməsinin və yekun sənəd olaraq Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.

 

Forumun təşkilində məqsəd quruma üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin koordinasiya edilməsi, regionda reallaşdırılan layihələrə ictimai dəstək verilməsi, qarşılıqlı əməkdaşlığa, münaqişələrin aradan qaldırılması təşəbbüslərinə vətəndaş cəmiyyəti institutlarının potensialının səfərbər edilməsidir.          

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR