Bank Of Baku

Bakının iki rayonunda içməli su problemi olacaq

Bakının iki rayonunda içməli su problemi olacaq
# 23 avqust 2013 06:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakı şəhərinin iki rayonunda içməli suyun təchizatında məhdudiyyətlər yaranacaq.

 

«Azərsu» ASC-nin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, paytaxtın Nəsimi rayonunun Cavadxan küçəsində yeni çəkilmiş 200 mm diametrli su xəttinin 700 mm diametrli magistral xəttə birləşdirilməsi işləri aparılacaq. Bununla əlaqədar, avqustun 23-də gün ərzində Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli su müəyyən fasilələrlə veriləcək.

 

Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR