Bank Of Baku

Baş pediatr: Son aylar uşaqlar arasında ən çox allergik xəstəliklər müşahidə edilir

Baş pediatr: Son aylar uşaqlar arasında ən çox allergik xəstəliklər müşahidə edilir
# 27 may 2013 15:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son aylar Azərbaycanda uşaqlar arasında ən çox allergik xəstəliklər müşahidə edilir. Bu barədə APA-ya məlumat verən respublikanın baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib ki, ağacların yaşıllaşması və tozlanması nəticəsində uşaqlarda dərinin və tənəffüs sistemlərinin allergik xəstəliklərinə rast gəlinir. Onun sözlərinə görə, bu xəstəliklərin qarşısını almaq üçün müvafiq tədbirlər görülür və müalicə təyin olunur. Bundan əlavə, mövsümi xəstəliklərin də qeydə alındığını deyən baş pediatr qeyd edib ki, onların da qarşısı müxtəlif yollarla alınır: “Bu ilin qışında uşaqlar arasında kəskin respirator virus infeksiyalarının sayı artmışdı. Bu isə qışın isti keçməsi və qarın yağmaması nəticəsində yaranıb. Lakin hazırda uşaqlar arasında konkret və təhlükəli xəstəlik yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR