Bank Of Baku

Baş Prokurorluğun əməkdaşı BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icrası ilə bağlı beynəlxalq tədbirlərdə iştirak edib

Baş Prokurorluğun əməkdaşı BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icrası ilə bağlı beynəlxalq tədbirlərdə iştirak edib
# 28 avqust 2013 11:49 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük prokuroru Elnur Musayev BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icrası ilə bağlı Beynəlxalq Ekspertlər Qrupu tərkibində Mexiko şəhərində Dəyərləndirmə iclasında iştirak edib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Beynəlxalq Ekspert Heyəti Meksikanın bir sıra ali qurumları, o cümlədən Parlament, Ali Məhkəmə, Baş Prokurorluq, Ədliyyə nazirliyi, Dövlət İşləri üzrə nazirlik, Maliyyə Kəşfiyyatı Qurumu, Maliyyə nazirliyi və sair qurumlarının nümayəndələri ilə görüşlər keçiriblər.

 

Azərbaycan Respublikasının Meksikadakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov açılış sessiyasında iştirak edərək ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə öz dəstəyini ifadə etmişdir.

 

Tədbirdə Meksika hökumətinin özünü dəyərləndirmə toplusuna hazırladığı cavablar Azərbaycan mütəxəssisi - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük prokuroru Elnur Musayev tərəfindən öyrənilərək qiymətləndirilib, cavabdeh ölkəyə ekspert rəylərinin layihələri təqdim olunub.

 

Səfər çərçivəsində beynəlxalq ekspertlər korrupsiyaya qarşı mübarizə və BMT Konvensiyasının implementasiyası ilə bağlı fikir mübadiləsi aparıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikasında BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının bir sıra müddəalarının icrası ilə bağlı 1-ci raund dəyərləndirilməsi həyata keçirilib.

 

BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə idarəsinin dəstəyi ilə Bosniya və Herseqovina, eyni zamanda Qvatemalanın ekspertləri Azərbaycan Respublikasında Korrupsiyanın kriminallaşdırılması və beynəlxalq hüquqi əməkdaşlıq məsələləri sahəsində qiymətləndirmə apararaq, konvensiyanın həmin hissəsinin implementasiyası üçün görülən işləri qənaətbəxş hesab edib. Azərbaycan üzrə hesabatın icmalı BMT üzv dövlətləri arasında yayılaraq ölkəmizin müsbət iş təcrübəsi dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

 

Konvensiyanın İmplementasiya üzrə Nəzarət Qrupunun sessiyasında qəbul edilmiş qərarla Azərbaycan və Peru Meksika Birləşmiş Ştatları üzrə dəyərləndirici dövlət seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR