Bunu APA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib. O bildirib ki, bayram və istirahət günlərində poliklinikalar, ambulatoriyalarda iş olmadığından təcili yardıma müraciətlərin sayında artım olacağı gözlənilir. M.Həmidov qeyd edib ki, həmin günlərdə həkim briqadaları tam heyətlə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: “Başqa günlərə nisbətən bu günlərdə çalışırıq ki, dayanma olmasın və 140 briqadanın hamısı işlə təmin olunsun. Adi günlərdə stansiyanın briqadaları az sayda işə çıxa bilərlər. Amma bayram və istirahət günlərində təcili yardıma müraciət edənlərin sayında artım gözlənildiyindən çalışırıq ki, briqadaların sayı tam olsun və 140 briqadanın hər biri fəaliyyət göstərsin”.