Bakı. Mübariz Aslanov - APA. Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində “Dərnəgül” metro stansiyasının yaxınlığında yerləşən istirahət parkında ağacəkmə aksiyası keçirib.
RİH-dən APA-ya verilən məlumata görə, icra hakimiyyətinin, rayonun idarə, təşkilat və müəssisə rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin və millət vəkillərinin iştirakı ilə keçirilən aksiya çərçivəsində parkın ərazisində 400 ədəd zeytun və şam ağacları əkilib.
Tədbirdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş musiqi nömrələri səsləndirilib.