Bank Of Baku

Bölgələrdə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib - FOTO

Bölgələrdə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib - <span style="color: red;">FOTO
# 14 may 2014 14:45 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti bölgələrdə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib.

 

Xidmətdən APA-ya verilən məlumata görə, tədbirlərdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı  ərəfəsində «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin  Neftçala və İmişli “Aqroservis” filiallarında keçirdiyi tədbirlərdə məhz yanğın təhlükəsizliyi məsələləri diqqət mərkəzində durub. Kənd təsərrüfatı texnikalarına, elektrik təsərrüfatına, əraziyə baxış keçirilib. Təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilib, yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılıb.

 

"Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin Aqroservis filiallarında keçirilən tədbirlərdə  texnikaların  ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti öyrənilib, ilkin yanğınsöndürmə vasitələrinin, o cümlədən avtomatik yanğınsöndürmədə yeni texnologiya olan Tailandda istehsal olunmuş avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri, istifadə qaydası haqqında ətraflı söhbət açılıb.   

                                                                                                          

                       

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR