Bank Of Baku

Bölgələrdəki ümumtəhsil məktəblərində monitorinq və araşdırmalar aparılacaq

Bölgələrdəki ümumtəhsil məktəblərində monitorinq və araşdırmalar aparılacaq
# 31 may 2013 14:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi tərəfindən bölgələrdəki orta məktəblərdə yoxlama tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Nazirlikdən APA-ya verilən xəbərə görə, növbəti dərs ili ərzində bölgələrdəki ümumtəhsil məktəblərində müvafiq monitorinq və araşdırmalar aparılacaq.

 

Təhsil Nazirliyi xaricdə dini təhsil alanların diplomlarının Azərbaycanda tanınmaması məsələsinə də aydınlıq gətirib. Bildirilib ki, xarici dövlətlərin ali təhsil haqqında sənədlərinə Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələblərinə və Ekspert Qrupunun rəyləri əsasında baxılır. Bu zaman bakalavr və magistr pillələri üzrə təqdim olunan diplomların ixtisasları tanınır və ekvivalentliliyi müəyyənləşdirilir. Qeyd edilən məsələyə mövcud qanunvericiliyin tələblərinə uyğun və Ekspert Qrupunun rəyləri əsasında münasibət bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR